Daxil ol

Axtar

Kalendar

«  Aprel 2014  »
BaBa.erÇş.axÇşCm.axCmŞb
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Saytı dəyərləndirin

Saytı dəyərləndirin
Dəyərlərin ümumi sayı: 10672

Block title

Block content




Cümə, 19.04.2024, 07:49
Xoş gəlmisiniz ADMİN | RSS
Ismayil Həmidov
Geri qayıt | Qeydiyyatdan keç | Daxil ol
Blog


Geri qayıt » 2014 » Aprel » 10 » "Haker" sözünün mənşəyi və bu sözün məna fərqlərinin yaranmasının tarixi səbəbləri
21:17
"Haker" sözünün mənşəyi və bu sözün məna fərqlərinin yaranmasının tarixi səbəbləri

Çox böyük ehtimalla "Haker" (Hacker) sözü öz ilkin mənasında İnformasiya texnologiyalarının yüksək inkişafı nəticəsində Massaçusetts Texnologiya İnstitutunda 1960-cı illərdə meydana gəlmişdir. Termin meydana çıxdığı zaman heç də kütləvi şəkildə istifadə olunmamışdır. Buna səbəb isə kompyuterlərin geniş yayılmaması idi. Termin ilkin olaraq lokal söz kimi işlənmişdir və mənası hər hansısa bir problemin sadə amma kobud şəkildə həlli; tələbələrin hədsiz hiyləgərlik işlətmələri (əksərən bu şəkildə qaydaları pozanları məhz haker adlandırmışlar) demək idi. Beləliklə haker sözü 1960-cı illərədək kompyuter və informasiya texnologiyalarına aid olmayan mənalarda işlənmişdir.

İlkin olaraq to hack (sındırmaq, kəsmək) jarqon kimi istifadə olunmağa başlamışdır. Bu o mənada işlədilir ki, hər-hansısa bir proqrama "ayaqüstü" düzəliş edəsən. Tədricən to hack hacker sözünə kimi isimləşdi. Əsl haker kiminsə proqramındakı səhvi tapıb deməklə yanaşı onun həlli üsulunu verməyi çox lazımlı hesab edirdi. "Haker" sözü məhz buradan törəmişdir.

Hakerlər heç də həmişə edilmiş dəyişiklikləri proqramdakı səhvləri düzəltmək məqsədi ilə etmirdilər – bəzən bu dəyişikliklər müəlliflərin istəklərinin əksinə olaraq proqramın fəaliyyətini dəyişdirə bilərdi. Bu cür hadisələrin sayı getdikcə artırdı və hakerlərin fəaliyyəti aşkar olunurdu, hakerlik isə müəllif və istifadəçi arasında əks əlaqəyə çevrilirdi, jurnalistlər üçünsə bundan maraqlı heç nə ola bilməzdi. Daha sonra gizli proqram kodları erası başladı. Əksər proqramların kodları əlçatmaz oldu, gizli proqram kodlarının açılması isə hədsiz çox vaxt aparmağa başladı, küllü vəsait tələb etməyə başladı. Nəticədə hakerliyin müsbət rolu heçə endi. Proqram kodlarının açılması və onlara redaktə etmək üçün yalnız güclü motiv lazım idi, tezliklə bəzi hakerlərdə bu motivlər tapıldı – onlar başa düşdülər ki, bu yolla pul və populyarlıq qazana bilərlər.

Nəticədə haker sözünün yeni, təhrif olunmuş formaları meydana gəldi: bu termin daha çox kompyuter haqqında geniş biliklərini qeyri-qanuni və zərərverici fəaliyyətə sərf edən cani kimi başa düşülməyə başladı. İlk dəfə olaraq haker sözünü bu mənada Klifford Stoll tərəfindən "Ququ quşunun yumurtası" kitabında işlətmişdir, terminin bu mənada məşhurlaşmasında "Haker" kinofilminin də çox böyük rolu var. Hal-hazırda bu söz daha çox veb-təhlükəsizliyi pozulduğu zaman hak, hak etmək kimi istifadə olunur.

Azad və açıq proqram təminatının müdafiəçisi kimi tanınan şəxslərdən bəziləri- məsələn Riçard Stollmen haker sözünü yalnız ilkin mənada işlətməyə çağırır.

Baxılıb: 100925 | Müəllif: Hacker2014 | Dərəcəsi: 10.0/100
Ümumi rəylər: 1
1 Hacker2014  
0
good

Name *:
Email *:
Code *:

Həmidov © 2024