Daxil ol

Axtar

Kalendar

«  Aprel 2014  »
BaBa.erÇş.axÇşCm.axCmŞb
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Saytı dəyərləndirin

Saytı dəyərləndirin
Dəyərlərin ümumi sayı: 10672

Block title

Block content




Şənbə, 27.04.2024, 03:29
Xoş gəlmisiniz ADMİN | RSS
Ismayil Həmidov
Geri qayıt | Qeydiyyatdan keç | Daxil ol
Blog


Geri qayıt » 2014 » Aprel » 10 » Hacker
21:10
Hacker

Proqramlaşdırmanı çox gözəl bilən, komyuterlər üçün yeni proqramlar yaradan və ya onları dəyişdirən, kompyuter texnologiyaların təhlükəsiz fəaliyyətini təmin edə bilən insanlara deyilir. Hakerlər həmçinin o şəxslərdir ki, onlar məişət texnologiyalarına məsələn, radioqəbuledicilərə, printerlərə və ya çiləyici sistemlərə müdaxilə edirlər ki, onların fəaliyyətində maksimum rahatlıq əldə etmək mümkün olsun.

Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var:

  • Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır.
  • Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır.
  • Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır.
  • Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən. Ola bilsin ki, astronomiya hakeri.
  • Bir şəxs ki, intelektual cəhətdən limit (məhdudiyyət) qoyulmuş peşənin öhdəsindən gəlsin.
  • Bir şəxs ki, proqramlaşdırma sahəsində malik olduqları biliklərlə şəxsi mənafelərinə xidmət etmək və ya başqasına ziyan vurmaq.
  • Bir şəxs ki, kompyuterlər üçün zərərli proqramları-virusları hazırlayıb, onları yaymaq və antivirus proqramları satıb pul qazanmaq.
  • Bir şəxs ki, haker dəyərlərini başa düşür və qiymətləndirir.

Əksərən haker (hacker) və kreker (cracker) sözləri səhv salınır. Hakerlər həqiqi profesionallardır və onların kompyuterlərdən informasiya oğurlamaq, başqasının işlərinə burunlarını soxmaq kimi vərdişləri yoxdur. Bu cür adamlara krekerlər deyirlər. Həmçinin friker (freecker – kompyuterdən başqa elektronik cihazlardan havayı, pul vermədən istifadə edir. Məsələn havayı telefonla danışır) və karder (digərlərinin elektron kartlarından öz məqsədi üçün istifadə edir) kreker anlayışına yaxındır.

Bundan başqa bu sözün kökü olan hack sözünün program təminatı terminologiyasında bir başqa istifadəsi də vardır. Bu bir proqramlaşdırma məsələsinin "bilərək qeyri-dəqiq həlli" mənasına gəlir və ən qısa vaxtda bu cür məsələlərin qeyri-hack metodları ilə həlli zəruridir.

Attachments: Image 1
Baxılıb: 1157065 | Müəllif: Hacker2014 | Dərəcəsi: 10.0/4565
Ümumi rəylər: 0
Name *:
Email *:
Code *:

Həmidov © 2024