Daxil ol

Axtar

Kalendar

«  Aprel 2014  »
BaBa.erÇş.axÇşCm.axCmŞb
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Saytı dəyərləndirin

Saytı dəyərləndirin
Dəyərlərin ümumi sayı: 10672

Block title

Block content




Şənbə, 20.04.2024, 02:42
Xoş gəlmisiniz ADMİN | RSS
Ismayil Həmidov
Geri qayıt | Qeydiyyatdan keç | Daxil ol
Blog


Geri qayıt » 2014 » Aprel » 10 » Hackerlərin kateqoriyallaşması
21:14
Hackerlərin kateqoriyallaşması

Haker cəmiyyətinə o insanlar aiddirlər ki, onlar özlərini haker hesab edirlər və ya başqaları tərəfindən onlar haker hesab edilirlər. Bu cəmiyyətin nümayəndələri üç qrupa bölünürlər. Əksərən işlənən "kreker" sözü hakerlərin kateqoriyalarından daha çox onları dəqiqləşdirmək məqsədi güdür.

Haker: Yüksək ixtisaslı proqramçı[redaktə]

Bu zaman haker sözü daha çox pozitiv mənada, proqramlaşdırmanı yüksək dərəcədə aparan bir şəxs kimi başa düşülür. Bu cür hakerlər daha çox hörmətə layiq görülürlər və onlar əvvəlcədən heç bir hazırlıq görmədən çətin həll olunan problemin həll olunmasına nail olurlar.

Haker: Kompyuter və şəbəkə təhlükəsizliyi üzrə ekspert[redaktə]

Şəbəkə miqyasında isə haker o şəxsdir ki, şəbəkənin elementlərinə və kompyuterə girişə nəzarət edir, lazım gəldikdə onları məhdudlaşdırır. Bu şəxslər fərdi şəkildə şəbəkələrin normal fəaliyyətini nizamlayırlar. Bu cür hakerlər həmçinin internet vasitəsilə açılmaz kodları sındırmaqla və internet müharibələrinin iştirakçısı kimi də iştirak edir. Hakerlərin bu cür fəaliyyətləri cəmiyyətdə digər fəaliyyətlərə nisbətən daha dərin iz buraxır. KİV-lərdə əksərən bu cür hakerlərdən danışırlar. Hakerlərin bu fəaliyyəti əksərən neqativ qarşılansa da pozitiv fəaliyyət göstərən hakerlər da mövcuddur. Belə ki, bu kateqoriyadaki hakerları üç alt kateqoriyaya bölmək olar:

  • "Qara kepkalılar" (Black hat)
  • "Ağ kepkalılar" (White hat)
  • "Boz kepkalılar" (Grey hat)

"Qara kepkalı" hakerlar əsasən illegal -- özlərinə aid olmayan və səlahiyyətlərində olmayan sistemlərə daxil olub müxtəlif çaplı zərər verici məqsədli -- işlərlə məşğul olduqları halda "ağ kepkalı" hakerlər bunun tərsinə olaraq bu zərərlərin qarşısını almaq və sistemin özünü müdafiə qabiliyyətini artırmaqla məşğul olurlar. "Boz kepkalı" hakerlar isə digər iki növə tam aid ediləbilməyən, yəni həm illegal həm də legal fəaliyyətlərlə məşğul olan şəxslərdir. Hakerların illegal fəaliyyətlərinin arxasında duran səbəblərdən biri də özünü özünə və ya aid olduğu "yeraltı" cəmiyyətinə "sübut etmə" və bəzən də sadəcə olaraq "zövq alma" istəyidir. Bu tip davranışlar daha çox "Boz kepkalılarda" müşahidə olunur. Onu da qeyd etmək lazımdır ki, əvvəllər ümimiyyətlə haker fəaliyyətlərinə qeyri ciddi yanaşan iri proqram təminatı və kompyuter şəbəkəsi avadanlıqları istehsalçıları sonradan bir çox "qara kepkalı" hakerlarla əlaqəyə keçmiş və öz şirkətlərində işlə təmin edərək onların "ağ kepkalı" hakerlar cərgəsinə keçmələrinə səbəb olmuşdur. Bundan əlavə axtarış mühərriklərinin internetdə böyük əhəmiyyət qazanması ilə Axtarış Mühərriki Optimizasiyası(SEO) metodları meydana çıxmışdır. Bu cür metodlar da məhz "Qara Kepka" və "Ağ Kepka" metodları olaraq kateqoriyalaşdırılır.

Haker: Texniki təminat dəyişdiriciləri[redaktə]

Hakerlərin digər növü isə kütləvi şəkildə istehsalda olmaya texniki hissələr yaratmaq, onları yeniləşdirməklə məşğuldurlar. Bu fəaliyyətin son nəticəsi əsasən onunla qurtarır ki, kompyuterin hissələr tez-tez standart vasitələrlə yenilənir və ya onlar kompyuterlərə yarı-kosmetik düzəlişlər edirlər. Onlar bunu rahatlıq və ya estetik zövq üçün edirlər. Kompyuterə cürbəcür işıq effektləri quraşdırmaq bu cür hakerlər arasında geniş yayılmışdır. Bu tip hakerlərdən ən yüksək səviyyəliləri texniki hissələrin imkanlarını artıranlardır;bu cür insanlar əksərən profesional elektrik mühəndisləri olurlar. Bu tip hakerlərin fəaliyyətlərinə 1980-cı illərin sonu 1990-cı illərin əvvəllərində satıcı və kofe düzəldən maşınlara TCP/IP əlavə etməklə onları idarə etmək kimi nümunələr göstərmək olar.

Baxılıb: 76541 | Müəllif: Hacker2014 | Dərəcəsi: 10.0/798
Ümumi rəylər: 0
Name *:
Email *:
Code *:

Həmidov © 2024